AZ

Yüksək Liqada 3 oyun keçiriləcək

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun daha üç oyunu baş tutacaq. Sport24.az xəbər verir ki, kişilərin yarışında "Azərreyl" "Xilasedici" ilə üz-üzə gələcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Qadınların mübarizəsində iki matç baş tutacaq. "Azərreyl" "Gənclər"lə, "DH Volley" "Milli Aviasiya Akademiyası" ilə qarşılaşacaq. Oyunlar Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00 və 18:00-da başlayacaq.

Qeyd edək ki, ötən gün kişilərin yarışında "Neftçi" "Gəncləri" (3:0), "Ordu" "Murov Az Terminal"ı (3:2) məğlub edib. Qadınların mübarizəsində "Turan Tovuz" "Murov Az Terminal"dan güclü olub - 3:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
6
sport24.az

9Mənbələr