AZ

Matça doğru: “Araz Naxçıvan”da ciddi itkilər, “Şamaxı” rahatdır 

Azərbaycan Premyer Liqasının XXV turunda “Şamaxı” doğma meydanda “Araz Naxçıvan”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, oyun öncəsi Naxçıvan klubunda itkilər var. Slavik Alxasov cəza səbəbindən, Urfan Abbasovla Vanderson isə zədəli olduqları üçün matçda iştirak etməyəcək.

Ev sahibi isə rahatdır. Şamaxı təmsilçisi görüşə tam heyətlə hazırlaşıb. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.

“Şamaxı” – “Araz Naxçıvan” matçı bu gün saat 15:00-da start götürəcək.

Seçilən
23
idmanxeber.az

1Mənbələr