AZ

Bu, baytarlıq nəzarətinin effektivliyi artırır

Yazını böyüt
Yazını kiçilt

Heyvanların identifikasiyası və qeydiyyatı heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarətin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir və baytarlıq nəzarətinin əsasını təşkil edir. Heyvanların qeydiyyatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə aparılır.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Hafta.az-a verilən məlumata görə, sistem heyvanların fərdi qeydiyyatının aparılmasını, heyvanların sağlamlıq durumunun, aparılmış baytarlıq tədbirlərinin vahid məlumat bazasında toplanmasını və baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsini təmin edir.

Bildirilib ki, heyvanların identifikasiyası və qeydiyyatı bir sıra istiqamətlər üzrə mühüm əhəmiyyətə malikdir. Bunlar aşağıdakılardır:

- Xəstəliklərin diaqnostikası və profilaktikası – erkən aşkarlama və yayılmanın qarşısının alınması;

- Heyvan sağlamlığına nəzarət – peyvəndləmə və müalicə məlumatlarının sistemli idarə olunması;

- Qida təhlükəsizliyi – “fermadan süfrəyə” prinsipi ilə izlənilmənin təmin olunması;

- Sahənin inkişafı – məhsuldarlığın artırılması və idarəetmənin təkmilləşdirilməsi;

- Ərzaq təhlükəsizliyi – heyvanların baş sayının dürüstləşdirilməsi;

- Hüquqi tənzimləmə – mülkiyyət hüquqlarının qorunması və itirilmiş heyvanların aşkar edilməsi.

“Nəticə etibarilə, həmin sistem baytarlıq nəzarətinin effektivliyini artırır, heyvan sağlamlığını və qida təhlükəsizliyini təmin edir, həmçinin təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflığı gücləndirir və dövlət dəstəyi tədbirləri üçün etibarlı informasiya bazası yaradır”, - deyə məlumatda vurğulanıb.

Seçilən
63
6
hafta.az

8Mənbələr