AZ

Buzovna, Binə və Bayılda oyunlar var

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 19-cu tura start veriləcək."Football-plus.az" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşmaya şahidlik edəcəyik. Mərkəzi oyunda "Baku Sportinq" "Mingəçevir"i qəbul edəcək. Cəmi iki tur əvvəl bu rəqibə uduzan Buzovna təmsilçisi meydana qisas almaq üçün çıxacaq. Komanda həm də ona görə qalib gəlməlidi ki, 2-ci sırada möhkəmlənsin. "Səbail"ə məğlub olan "Mingəçevir" isə çempionluq iddiasından uzaq düşməməyə çalışacaq. Çünki kollektiv bu dəfə də xal itirsə, nəinki 1-ci, 2-ci yer belə əlçatmaz hədəfə çevrilə bilər. "Şəfa" "Şahdağ Qusar"ı qəbul edəcək. Məğlubiyyətsiz mövsüm keçirən liderin amalı həm uğurlu seriyanı uzatmaq, həm də yerinə göz dikən rəqiblərini sevindirməmək olacaq. Ortabablar sırasında olan qusarlılara gəlincə, bu komanda heç-heçəni də qazanc sayacaq. "Səbail" "doğma divarlar" arasında MOİK-i sınağa çəkəcək. 15-ci turda "hərbçilər"ə uduzan "dənizçilər" növbəti görüşlərdə məğlub olmayıb. Xal ehtiyatını önəmli ölçüdə artırmaqla 3-cü sıraya yüksələn Bayıl təmsilçisi bu dəfə qələbə qazanmalı, liderlə aradakı xal fərqinin artmasına imkan verməməlidi. Hər halda, yuxarı pillələrdə olmaq arzusuyla tər tökən MOİK-ə yuxarıdan aşağı baxmaq olmaz.Tura "Şimal" - "Zaqatala", "Difai" - "Cəbrayıl" oyunlarıyla yekun vurulacaq. Xaçmaz təmsilçisi sonuncu yerdən qurtulacaqmı? "Zaqatala"nın enişi davam edəcəkmi? Ağsulular "Şimal"ın onları ötməsinə imkan verəcəkmi? "Cəbrayıl" təhlükəli zonadan bir qədər də uzaqlaşa biləcəkmi? Bütün bu suallara cümə axşamı keçiriləcək oyunlarda cavab tapılacaq.19-cu tur18 martBaku Sportinq – MingəçevirBuzovna, qəsəbə stadionu. Saat 15.00.Şəfa – Şahdağ QusarBinə, qəsəbə stadionu. Saat 15.00.Səbail – MOİKBakı, “Bayıl Arena”. Saat 18.00.19 martŞimal - ZaqatalaŞamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.Difai – CəbrayılAğsu, şəhər stadionu. Saat 15.00.1. Şəfa 18 12 6 0 42-13 422. Baku Sportinq 18 10 6 2 28-15 363. Səbail 18 9 6 3 24-13 334. Mingəçevir 18 9 5 4 29-16 325. Şahdağ Qusar 18 7 4 7 27-25 256. MOİK 18 6 4 8 20-24 227. Zaqatala 18 6 3 9 19-24 218. Cəbrayıl 18 5 1 12 29-37 169. Difai 18 3 3 12 24-44 1210. Şimal 18 3 2 13 18-49 11Bombardir: Seyxan Fərəcov (MOİK) - 13.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
icma.az

2Mənbələr