AZ

Belarus miqrantları avropalı sərhədçilərlə döyüşə hazırlayır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belarus miqrantları avropalı sərhədçilərlə döyüşmək üçün öyrədir - onlara xüsusi düşərgələrdə döyüş hazırlığı keçirlər və onları Avropa İttifaqının sərhədlərindən Polşa və Baltikyanı ölkələrə aparırlar.

Reyting.az xəbər verir ki, belə bir iddia ilə “The Telegraph” qəzetinə müsahibəsində Latviya Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mezviets çıxış edib.

O, Belarus və Rusiyanın taktikasının son bir ildə “daha aqressivləşdiyini” vurğulayıb.

Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, Belarus hakimiyyəti miqrantlara Latviya ilə sərhədi keçməzdən əvvəl təxribat üçün bir çox taktika öyrədib. Xüsusilə, miqrantlar sərhəddən göndərilməzdən əvvəl onlara “onları döyən, işgəncə verən və qovmuş amansız sərhədçilərin” əli ilə əziyyət çəkən insanların yalan ifadələri ilə videolar nümayiş etdirilib.

Təhlükəsizlik rəisi və onun analitikləri bu təbliğat videolarını araşdırdıqda, onların tamamilə saxta olduğunu sübut edən bir aydın əlamət ortaya çıxıb:

“Onlar çapıqlarını göstərirlər və deyə bilərəm ki, onlar əsl çapıq deyillər. Bu, sadəcə olaraq pis, olduqca sadə makiyaj idi”.

Bununla belə, o, miqrantların “daha qəddar hərəkətlərə” öyrədildiyini iddia edib. Onun sözlərinə görə, Belarus sərhəddə infrastruktur, o cümlədən anbarlar və mehmanxanalar inşa edib və bu yaxınlarda miqrantları Latviyaya sıxışdırmazdan əvvəl onlara döyüş bacarıqları öyrətmək üçün düşərgələr yaradıb.

Polşa rəsmiləri də bu yaxınlarda “The Telegraph”a bildiriblər ki, miqrantları sərhəddən keçirmək üçün Avropa İttifaqının şərq sərhədində xüsusi olaraq yeraltı tunellər tikilib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
reyting.az

1Mənbələr