AZ

Komitə sədri: Bu daş kiminsə başına düşməyibsə, deməli, hamı özündən razıdır

Attestasiyadan keçməyən müəllimlər Milli Məclisdə qəbula  şikayətə gəlmişdilər.

Azreform.info xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib.

“Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir. Bu attestasiya 5-7 ildən bir keçirilməlidir. Orta təhsil hamıda olmalıdır, bu bəllidir. Amma mədəiyyətlə bağlı olanda, insanlıqdan başqa, istedad olmalıdır. İstedad da hər uşaqda olmur. Təklif edirəm ki, necə ki, Azərbaycandan xaricə xüsusi təhsil almaq üçün gəncləri göndəririk, 3-5 ildən sonra yaxşı mütəxəssis ola biləcək uşaqları bizim rayonlardan da Bakıya oxumağa göndərsinlər”, - komitə sədri bildirib.

Bülbüloğlu daha sonra qeyd edib: "Atamın bir söz hamı özündən. Mənim atam deyərdi ki göydən bir daş adılıb kim özündən narazıdırsa onun başına düşəcək. Əgər bu daş hələ heç kimin başına düşməyibsə deməli hamı özündən razıdır".

Mürtəza

Seçilən
89
2
azreform.info

3Mənbələr