AZ

ÜST İran müharibəsinin qızışdığı bir vaxtda nüvə fəlakətinə hazırlaşır

ÜST nüvə silahının istifadəsi və ya nüvə obyektinə hücumla bağlı bir ssenarini nəzərdən keçirir.

QHT.az xəbər verir ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) Yaxın Şərqdə gərginliyin artması fonunda nüvə silahından istifadə və ya nüvə obyektlərinə hücum ehtimalını “ən pis ssenari” kimi nəzərdən keçirir. QHT.az xəbər verir ki, qurumun Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi bildirib ki, belə bir hadisə baş verərsə, nəticələri onilliklər boyu davam edəcək və ciddi sağlamlıq problemlərinə səbəb olacaq.

Onun sözlərinə görə, hazırda regionda radioaktiv çirklənmə qeydə alınmayıb, lakin ÜST əməkdaşları mümkün nüvə hadisəsinə qarşı hazırlıq görür və əhaliyə qorunma yolları ilə bağlı tövsiyələr üzərində işləyir.

Xatırladaq ki, 2025-ci ildə ABŞ-ın İranda yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə zərbələr endirməsi regionda nüvə təhlükəsi ilə bağlı narahatlıqları daha da artırıb.

 

R.İmanov

Seçilən
81
9
qht.az

10Mənbələr