AZ

9 yaşlı qızı çantada qaçıran cinayətkar təcridxanada İNTİHAR ETDİ

Smolenskdə 9 yaşlı qızı qaçıran şəxs istintaq təcridxanasında intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Smolensk şəhərində 9 yaşlı qız uşağını qaçırmaqda təqsirləndirilən şəxsin cəsədi saxlanıldığı istintaq təcridxanasında (SİZO) tapılıb.

Məlumata görə, həmin şəxs öz canına qəsd edib. Bundan əvvəl məhkəmə qaçırma faktı ilə bağlı həm həmin şəxs, həm də onunla birlikdə yaşayan qadın barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi.

Əməliyyatçıların verdiyi məlumata görə, hadisə qızın yaşadığı binanın girişində baş verib. Cinayətkar uşağın ağzını syapışqan lentlə bağladıqdan sonra onu böyük bir çantaya yerləşdirib və binadan çıxarıb.

Daha sonra o, uşaq olan çantanı avtomobilinə qoyaraq hadisə yerindən uzaqlaşıb.

Cinayətkarın hərəkətləri qaraj kooperativinin yaxınlığındakı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Xatırladaq ki, uşaq təhlükəsiz şəkildə tapılaraq ailəsinə təhvil verilib, lakin hadisəni törədən şəxs barəsində istintaq hərəkətləri başa çatmadan o, həyatına son qoyub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
122
interpress.az

1Mənbələr