AZ

“Liv Bone Dea” müəmması: 6 ay ərzində ikinci dəfə təmirə bağlandı!

Peşəkar Futbol Liqası “Araz-Naxçıvan”ın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena”nın əsaslı təmirə bağlanması üzündən mövsümün sonuna qədər “SOCAR Polymer Arena”da oynayacağı haqda açıqlama yaydı.

Oktyabrda belə problem olanda naxçıvanlılar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna köçmüşdü. Bəs indi niyə seçim dəyişdi? Bir stadionda 6 ay ərzində niyə ikinci dəfə təmirə bağlanıb ki? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”a açıqlaması:

“Təmirlə bağlı bir söz deyə bilmərəm. Bu, stadiona aid məsələdi. “Araz-Naxçıvan” orda icarə əsasında çıxış edir. Stadiona gəlincə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” özü və “Turan Tovuz” da oynayır deyə, yüklənmə ola bilər. “SOCAR Polymer Arena” PFL tərəfindən premyer-liqa oyunlarını keçirmək üçün qəbul olunub, 1300-dən artıq azarkeş tutumuna malikdi. Keçmiş “Kapital Bank Arena”dı. Həmin stadionda heç kim oyun keçirmir, ona görə seçim belə oldu”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
4
1
football-plus.az

2Mənbələr