Oktyabrda belə problem olanda naxçıvanlılar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna köçmüşdü. Bəs indi niyə seçim dəyişdi? Bir stadionda 6 ay ərzində niyə ikinci dəfə təmirə bağlanıb ki? Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun “Football-plus.az”a açıqlaması:
“Təmirlə bağlı bir söz deyə bilmərəm. Bu, stadiona aid məsələdi. “Araz-Naxçıvan” orda icarə əsasında çıxış edir. Stadiona gəlincə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” özü və “Turan Tovuz” da oynayır deyə, yüklənmə ola bilər. “SOCAR Polymer Arena” PFL tərəfindən premyer-liqa oyunlarını keçirmək üçün qəbul olunub, 1300-dən artıq azarkeş tutumuna malikdi. Keçmiş “Kapital Bank Arena”dı. Həmin stadionda heç kim oyun keçirmir, ona görə seçim belə oldu”.
MÜZƏFFƏR QULUZADƏ