
Hörmüz boğazı yalnız regionda silahlı qarşıdurma bitdikdən və Tehranın şərtləri tam yerinə yetirildikdən sonra sərbəst naviqasiya üçün açılacaq.
Yeniavaz.com “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi bildirib.
Həmçinin, o əlavə edib ki, Tehranın tələblərini yerinə yetirməyən istənilən atəşkəs planı İran üçün qəbuledilməz olacaq.