AZ

Arbeloa “Real”ın tarixinə düşdü

“Real”ın baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının pley-off mərhələsində ilk dörd oyununda qələbə qazanıb.

Msport.az xəbər verir ki, indiyə qədər İspaniya nəhənginin heç bir məşqçisi Çempionlar Liqasının pley-off mərhələsinə bu qədər uğurlu başlanğıc etməyib.

O, Joze Mourinyonu və Pep Qvardiolanı üstələyib. “Kral klubu” onun rəhbərliyi altında “Benfika” və “Mançester Siti”ni hər iki dueldə yenib. “Benfika” ilə qarşılaşmada Madrid komandası 1:0 və 2:1 hesabları ilə qalib gəlib. “Real” 1/8-də evdə “Siti”ni 3:0, səfərdə 2:1 hesabı ilə məğlub edib.

Arbeloa yanvarın 13-də işdən çıxarılan Xabi Alonsonun yerinə təyin olunub.

Seçilən
60
2
msport.az

3Mənbələr