AZ

Güclü geomaqnit qasırğası gözlənilmir

BDU-nun Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından "Unikal"a verilən xəbərə görə, 21mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq.

Belə ki, 21-22 və 25 mart tarixlərində G5 (zəif-kiçik) səviyyəli geomaqnit dəyişiklik gözlənilir.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart tarixləri üçün 5-ə bərabər, martın 31-dək digər günlər üçün 2-4, yüksək coğrafi enliklərdə isə 19 mart tarixində 6-7 intervalında olacaq.

Qeyd olunub ki, güclü geomaqnit qasırğası gözlənilmir.

Seçilən
26
29
unikal.az

10Mənbələr