AZ

Finlandiya prezidenti: Ukraynaya dəstək müqabilində Avropa İran məsələsində Trampa kömək edə bilər

Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avropa və ABŞ arasında həm Fars körfəzindəki neft böhranına, həm də Ukraynadakı müharibənin həllinə kömək edə biləcək müqavilə əlçatan ola bilər.

Reyting.az xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.

Finlandiya lideri əlavə edib ki, ABŞ prezidenti Donald Trampa istədiyini təklif etmək üçün real potensial var: “Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün Avropaya hərbi dəstək. Avropanın belə yardım üçün şərti odur ki, Tramp Ukraynaya Rusiya ilə məqbul sülh razılaşması əldə etmək üçün lazım olan bütün dəstəyi versin. Düşünürəm ki, bu, həqiqətən yaxşı fikirdir”.

Hazırda Ukraynanı necə gücləndirmək və Trampdan dəstək almaq məsələsi Avropa üçün aktualdır.

“Trampı kimin nəyəsə inandıra biləcəyi ilə bağlı heç bir illüziyam yoxdur. Mən onu Ukrayna ilə bağlı on fikirdən ən azı birinə inandıra bilsəm, düşünürəm ki, bu, yaxşıdır”, - deyə Stubb əlavə edib.

Məsələ burasındadır ki, Stubb da daxil olmaqla Avropa liderləri Trampın İrana qarşı müharibəsi nə qədər uzun davam etsə, Ukraynanın rus işğalçılarına qarşı mübarizəsini bir o qədər məhdudlaşdıra biləcəyindən ehtiyatlanırlar.

Stubbun sözlərinə görə, o, Ukrayna ilə bağlı sülh danışıqlarının sürətlə həqiqət anına yaxınlaşmasından qorxur. Bu qorxuya səbəb Ukraynanın öz ərazisini Rusiya lideri Vladimir Putinə verilməsini nəzərdə tutan əlverişsiz sazişin qəbuluna məcbur qalmaq təhlükəsidir.

Finlandiya prezidenti etiraf edib ki, danışıqlar hətta pozula da bilər, Avropa Amerikanın köməyi olmadan dalana dirənir və onu Ukraynaya daha çox kəşfiyyat, silah və digər dəstək verməklə yardımı artırmağa məcbur edir.

“Ümid edirəm ki, Ukrayna üzrə sülh danışıqları, İran və ABŞ arasındakı danışıqlarda olduğu kimi, uğursuzluğa düçar olmayacaq. Amma bunu zaman göstərəcək”, - deyə Finlandiya prezidenti yekunlaşdırıb.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
reyting.az

1Mənbələr