AZ

Kreml İran rəsmilərinə qarşı sui-qəsd cəhdlərini kəskin pisləyib

Peskov: “Kreml İran rəhbərliyinin nümayəndələrinə qarşı yönəlmiş hərəkətləri pisləyir”

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml İran rəhbərliyi nümayəndələrinin sağlamlığına zərər vurmağa və ya onları aradan götürməyə (likvidasiya etməyə) yönəlmiş bütün hərəkətləri kəskin şəkildə pisləyir.

Əlavə olaraq qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə artan gərginlik fonunda İranın yüksəkvəzifəli şəxslərinə qarşı sui-qəsd cəhdləri və təhdidlər tez-tez beynəlxalq mətbuatın gündəminə gəlir. Rusiya rəsmilərinin bu cür bəyanatları isə Moskvanın regiondakı müttəfiqlərinə, xüsusən də rəsmi Tehrana olan siyasi dəstəyinin növbəti göstəricisi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
134
1
interpress.az

2Mənbələr