AZ

Türkiyənin antiinhisar tənzimləyicisi SOCAR ilə MSC arasındakı sazişi təsdiqləyib

Bakı. Trend:

Türkiyənin antiinhisar tənzimləyicisi Azərbaycan Dövlət NeftŞirkəti SOCAR-a məxsus “Socar Aliağa Liman İşletmeciliği A.Ş.”şirkətinin 50% səhminin dünyanın ən böyük kruiz daşımalarıoperatoru MSC-nin strukturuna daxil olan liman aktivləri operatoru“Terminal Investment Limited Sarl” tərəfindən alınması üzrə sazişitəsdiqləyib.

Trend xəbər ki,səhm paketi “Socar Turkey Enerji A.Ş.”dən alınıb.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası Aİ-nin birləşmələrhaqqında reqlamentinə uyğun olaraq “SOCAR Aliağa Limanİşletmeciliği A.Ş.” (“SOCAR Terminal”) üzərində birgə nəzarətin“SOCAR Turkey Enerji A.Ş” (“STEAS”) və “Terminal InvestmentSwitzerland Sàrl” (“TISS”) tərəfindən əldə edilməsinitəsdiqləyib.

Qeyd edək ki, Egey regionunun ən böyük konteyner limanı olan“SOCAR Terminal 700” metr uzunluğunda fasiləsiz körpüyə, 16 metrdərinliyə, 420 min kvadratmetr liman sahəsinə və 30 minkvadratmetrlik arxa zonaya malikdir ki, bu da ona həm regional, həmdə qlobal ticarət baxımından strateji əhəmiyyət verir. Terminalyeni nəsil ULCS sinifli gəmiləri qəbul etmək qabiliyyətinəmalikdir, eyni zamanda bir neçə iri gəmini sürətlə xidmətlə təminedərək gözləmə müddətini minimuma endirir.

“Gələcəyin limanı” konsepsiyası çərçivəsində fəaliyyət göstərən“SOCAR Terminal” əməyin mühafizəsi və təhlükəsizlik üzrə ən yüksəkstandartları tətbiq edir, rəqəmsallaşma və texnologiyalarayatırımlar hesabına sahədə lider mövqeyini qoruyur. Bununla yanaşı,terminal karbon izinin azaldılması, bərpa olunan enerjimənbələrinin inkişafı və enerji səmərəliliyinin artırılmasınayönəlmiş dayanıqlı biznes modeli formalaşdırır.

Məqalədə:
Seçilən
116
1
az.trend.az

2Mənbələr