AZ

Ərini öldürüb ona kitab həsr edən qatil yazıçı həbs olunub

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-da uşaq yazıçısı Kouri Riçins əri Erik Riçinsin qətlində təqsirli bilinib. Bu barədə "BBC News" telekanalı məlumat yayıb.

Reyting.az xatırladır ki, qətl hadisəsi 2022-ci ilin mart ayında baş versə də, bu qalmaqal yaradan müəmmalı ölüm işi indiyə qədər araşdırılırdı.

Yuta ştatı məhkəməsinin münsiflər heyəti tərəfindən verilmiş son qərara əsasən, Kouri Riçins öz həyat yoldaşını sığorta pulu əldə etmək məqsədilə öldürüb. İstintaq müəyyən edib ki, qadın ərinin yeməyinə fentanil adlanan zəhərli maddə qatıb.

Məlumata əsasən, Riçinsin təxminən 4,5 milyon dollardan çox borcu olub. O, ərinin sığortası ilə mirasdan ən azı 4 milyon dollar əldə edə bilərdi.

İttihamlara görə, Yuta məhkəməsi ər qatili olan yazarı 25 illik həbsə və ya ömürlük həbs cəzasına məhkum edə bilər.

Qeyd edək ki, o, guya "çox sevdiyi" ərinin ölümündən sonra "Sən mənimləsən?" ("Are You With Me?") adlı roman yazmaqla, yeni kitabı ilə çox tanınmışdı.

Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr