Bakı. Trend:
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya1,142 milyard ABŞ dolları dəyərində 2,428 milyon ton bitumlusüxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixracolunub.
Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrüilə müqayisədə bu göstərici pul ifadəsində 224 milyon dollar (16,4faiz) az, həcm baxımından isə 12 min tondan (0,5 faiz) çoxdur.
Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan İtaliyaya 1,366milyon dollar dəyərində 2,416 milyon ton bitumlu süxurlarından əldəedilmiş neft və neft məhsulları ixrac olunmuşdu.
Hesabat dövrü ərzində İtaliya Azərbaycandan ən çox neft idxaledən ölkələr sırasında lider olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.
Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.
Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.