İsrailin Baş naziri Benyamin Netanyahu son günlər onun ölümü ilə bağlı yayılan iddialara cavab olaraq bir sıra videolar paylaşıb.
Turkustan.az xəbər verir ki, Netanyahunun ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə birlikdə çəkildiyi görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub və sosial şəbəkələrdə trendə çevrilib.
Videoda Netanyahunun cibindən bir kart çıxararaq bunun “sui-qəsd siyahısı” olduğunu dediyi görünür. Kartı göstərən Netanyahu bildirib: “Adları siyahıdan silmək yaxşıdır; bunu amerikalı dostlarımızla çiyin-çiyinə etmək isə daha yaxşıdır”.
Onun bu sözlərindən sonra ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi zarafatla cavab verib: “Xoşbəxtlikdən, mənim adım o siyahıda yoxdur”.
Netanyahunun ölümü ilə bağlı son şayiələr fonunda bu videonu paylaşması müxtəlif ehtimallara yol açıb. Müşahidəçilər hesab edirlər ki, paylaşım təkcə iddialara cavab deyil, eyni zamanda müəyyən siyasi mesaj da daşıyır.
Aytən Yaşar/ Turkustan.az