Azertag saytına istinadən ain.az xəbər verir.
Xəbərin mətni
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, diaspor fəaliyyətinə böyük dəstək var. Bu dəstək hər bir istiqamətdə, o cümlədən Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilir. Eyni zamanda, biz çalışırıq ki, icmamız Azərbaycan mədəniyyəti, Azərbaycanda gedən proseslərlə bağlı mütəmadi xəbərdar edilsin. Elə bu səbəbdən də birbaşa icma nümayəndələri ilə görüşlər keçiririk. Bu görüşlərdə tanınmış adamlar iştirak edir, öz fikirlərini bildirirlər, müxtəlif müzakirələr aparılır. Buraya yerli dövlət adamları, deputatlar da qoşulurlar. Yəni Azərbaycan dövləti ilə bağlı bu insanlar vasitəsilə yerli icmalara müəyyən qədər məlumat verilir, Azərbaycanın mövqeyi bir daha vurğulanır. Bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin İzmir şəhərində mətbuata açıqlamasında yer alıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.