AZ

Mançester Yunayted onun üçün 100 milyon xərcləyəcək?

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?

"Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

QOL.az xəbər verir ki, "iPaper" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın əsas hədəfi "Nyukasl"ın futbolçusu Sandro Tonalidir. Mançester təmsilçisi italyalı yarımmüdafiəçinin transferi üçün böyük məbləğdə vəsait xərcləməli olacaq. 

Belə ki, "Nyukasl"ın öz aparıcı oyunçusunu komandada saxlamaq niyyətində olduğu və 26 yaşlı futbolçu üçün 100 milyon funt sterlinqdən (116 milyon avro) çox təzminat tələb edəcəyi bildirilir. 

Qeyd edək ki, Tonali 2025/2026 mövsümündə meydana çıxdığı 46 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
qol.az

6Mənbələr