AZ

Bakıda yağıntı niyə azalıb? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtda və Abşeron yarımadasında uzun müddətdir müşahidə olunan quraqlıq həm yerli meteoroloji amillər, həm də qlobal iqlim dəyişikliyinin nəticəsidir. Aralıq dənizi və Xəzər hövzəsi üzərində bərqərar olan yüksək təzyiq sahələri buludların formalaşmasına imkan vermir. Eyni zamanda cənub-qərb istiqamətindən gələn isti və quru hava kütlələri bölgədəki rütubəti minimuma endirir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Sadiq Həsənov bildirib ki, ümumilikdə, bütün dünyada iqlimdə kəskin dəyişikliklər baş verib. "Temperatur artıb, orta temperatur artıq 1,5 °C yüksəlib və 2 °C-yə doğru gedir. Paris İqlim Sazişi çərçivəsində bu temperaturun 2 °C-ni keçməməsi üçün qərarlar qəbul olunub və bununla bağlı müəyyən tədbirlər görülür. Lakin yanacaq istehlakı və əhali sayı artmaqdadır ki, bunlar iqlimə təsir edən əsas amillərdir. Sənaye və texnologiya inkişaf edir, enerji istifadəsi isə getdikcə artır. Məsələn, 10 il əvvəl ildə 86 milyon barel neft istifadə olunurdusa, indi bu rəqəm 100 milyon barelə çatıb. Bu da temperaturun kəskin dəyişmələrinin davam edəcəyini göstərir".Ekoloq bildirib ki, bütün bunlar yağıntılara da təsir edib və meteoroloji şərait dəyişib. "Məsələn, mart ayında hava çox soyuq keçdi, halbuki fevral ayında temperatur 20 °C-ə qədər yüksəlmişdi. Yağıntılar uzun müddət düşmədikdən sonra birdən-birə bir neçə gün ərzində yağır və ciddi fəsadlara səbəb olur. Ona görə də Azərbaycan iqlamında belə halları qəbul etməliyik. Ola bilər ki, bir neçə ay yağıntı olmasın, quraqlıq davam etsin və birdən kəskin yağışlar düşsün, bu da çoxlu zərərlərə səbəb ola bilər. Mən hesab edirəm ki, bu artıq iqlimdə baş verən dəyişikliklərin təzahürüdür. Bildiyimiz kimi, yağıntılar qısa müddət ərzində intensiv şəkildə yağdığı üçün ətraf mühitə böyük ziyan vurur, daşqınlar baş verir. Azərbaycanda daşqınların sayı dəfələrlə artıb: əvvəllər ildə 10-15 dəfə baş verirdisə, indi bu rəqəm 80-100-ə çatır".Onun sözlərinə görə, su vəziyyətimiz də yaxşı deyil və azalmaqda davam edir. "Son iqlim dəyişiklikləri nəticəsində su ehtiyatları 10-15 % qədər azalıb ki, bu da meteoroloji şəraitə təsir edir. Normalda Bakı–Abşeron bölgəsi üçün illik yağıntı norması 150-200 mm-dir; Lənkəranda isə 800 mm, Naxçıvanda 300 mm, orta Azərbaycanın qərb bölgəsində isə 250-300 mm-dir. Bu normalar artıq dəyişib və illik normanın böyük hissəsi bir neçə gün ərzində düşdüyü üçün fəsadlarla müşahidə olunur. Yağıntıların uzun müddət düşməməsinin səbəblərindən biri də budur: ola bilsin ki, günlər, hətta aylar ərzində yağış olmasın və birdən kəskin yağıntılar baş versin".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
demokrat.az

2Mənbələr