AZ

Yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya neft ixracı azalıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyaya 140,7milyon ABŞ dolları dəyərində 286,3 min ton bitumlu süxurlardan əldəedilmiş xam neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici pul ifadəsində 23,3 milyon dollar (14,2 faiz) azalıb,həcm baxımından isə 200 tondan çox azalma qeydə (0,1 faiz )alınıb.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Rumıniyayatəqribən 164 milyon dollar dəyərində 286,5 min ton bitumlusüxurlardan əldə edilmiş neft və nefti məhsulları ixracolunmuşdu

Bu müddət ərzində Rumıniya Azərbaycandan ən çox neft idxal etmişölkələrin sırasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Seçilən
43
4
az.trend.az

8Mənbələr