AZ

Avrozonada illik inflyasiya fevral ayında 1,9%-ə yüksəlib



Avrozonada illik inflyasiya fevral ayında 1,9 faizə yüksəlib. Avropa Statistika İdarəsi (Eurostat) Avro Bölgəsi və Avropa Birliyi (AB) üçün fevral ayı üçün yekun inflyasiya rəqəmlərini açıqlayıb.

Bu rəqəmlərə görə, Avro Bölgəsində illik inflyasiya yanvar ayında 1,7 faizdən fevral ayında 1,9 faizə yüksəlib. Fevral ayında aylıq inflyasiya 0,6 faiz təşkil edib.
Bazar gözləntiləri inflyasiyanın ötən ay illik 1,9 faiz, aylıq 0,7 faiz olacağı ilə bağlı idi.

Avrozonada fevral ayında əsas inflyasiya illik 2,4 faiz, aylıq 0,8 faiz səviyyəsində ölçülmüşdür.

AB-də fevral ayında illik inflyasiya 2,1 faiz, aylıq inflyasiya isə 0,6 faiz təşkil etmişdir.

Fevral ayında keçən ilin eyni ayı ilə müqayisədə inflyasiya Almaniyada 2 faiz, Fransada 1,1 faiz, İtaliyada 1,5 faiz və İspaniyada 2,5 faiz təşkil etmişdir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
67
aia.az

1Mənbələr