AZ

​ABŞ Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaltdı

ABŞ Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaldıb. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, ABŞ şirkətlərinə Venesuelanın dövlət neft şirkəti “Petróleos de Venezuela S.A.” və onun filialları ilə müəyyən əməliyyatlar aparmağa icazə verilib. Bəyanatda qeyd olunur ki, bu, həm ABŞ, həm də Venesuela üçün faydalı olacaq, cari neft tədarükünü artırmaqla qlobal enerji bazarını dəstəkləyəcək.

Açıqlamada bildirilir ki, Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ Venesuelanın enerji sektorunu yenidən aktivləşdirmək və bərpa etmək üçün Venesuela hökuməti ilə əməkdaşlıq edir.

Seçilən
60
metbuat.az

1Mənbələr