AZ

“Qarabağ”ın “Zirə”nin müqavimətini asanlıqla qırdı - REPORTAJ

Zirə - Qarabağ (Ağdam) 1:3 (0:1)
97. Tyaqo Silva – 5,5
25. Enrike Kustodio – 6,0
4. Ruan Renato (k) - 6,0
5. Ange Mutsinzi – 5,5
14. Elçin Əlicanov - 5,5
(21. Hacıağa Hacılı, 56) - 4,5
8. İsmayıl İbrahimli - 5,5
30. Rikardo Martins – 5,5
11. Junior Martins – 5,5
(22. Eren Aydın, 63) - 5,0
93. Brahim Konate – 5,5
(10. Giorgi Papunaşvili, 63) - 4,5
7. Rövlan Muradov – 6,0
(29. Ceyhun Nuriyev, 56) - 6,5
9. David Volkov – 5,5
(28. Leroy Mikels, 76) - qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
26. Stefan Aka
20. İssa Cibrila
6. Eldar Quliyev
73. Anatoli Nuriyev
19. Rüfət Abdullazadə
70. Namik Ələskərov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ceyhun Nuriyev

99. Mateuş Koxalski – 6,0
44. Elvin Cəfərquliyev - 6,0
(27. Toral Bayramov, 90+2)
81. Kevin Medina – 4,0
2. Mateus Silva – 5,5
18. Dani Bolt – 5,5
(30. Abbas Hüseynov, 90+2)
9. Xoni Montiel – 6,5
(8. Marko Yankoviç, 73) - 4,5
35. Pedro Bikalyo – 6,0
10. Abdulla Zubir (k) - 6,0
(22. Musa Qurbanlı, 85) - qiymətsiz
15. Leandro Andrade – 5,5
(11. Emmanuel Addai, 90+2) – qiymətsiz
20. Kadi Borges – 6,5
17. Kamilo Duran – 7,0
Ehtiyat oyunçular
97. Fabian Buntiç
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
24. Jeremi Qnali
32. Hikmət Cəbrayılzadə
21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Kamilo Duran 
Qollar: X.Montiel, 22 (0:1). K.Duran, 55 (0:2, E.Cəfərquliyev). C.Nuriyev, 70 (1:2). K.Borges, 72 (1:3, K.Duran).
Vərəqə: E.Kustodio, 66 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Namiq Hüseynov, Rəhman İmami, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Emin Əliyev (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
13 mart. Zirə. İdman Kompleksinin stadionu. 1200 tamaşaçı (1200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.

Ardıcıl üçüncü mövsüm avrokuboklara qatılmaq istəyən “Zirə” qarşısına çempionluq hədəfi qoyan, bu yolda “Sabah”la mübarizə aparan “Qarabağ”ı qəbul etdi.

Matç qonaqların hücumu ilə başladı. 4-cü dəqiqədə Montiel təxminən 30 metrdən qapıya zərbə endirdi, Tyaqo topu dəf etdi, Renato təhlükəni sovuşdurdu. 18-ci dəqiqədə Mateus Konateyə qarşı kobud oynadı, ən azı belə göründü. VAR təxminən dəqiqəyarım epizodu incələyəndən sonra “davam” işarəsi verdi. 22-ci dəqiqədə “Qarabağ” hesabı açdı. Xoni uzaqdan qapıya baxımlı zərbə endirdi və top qapıya daxil oldu. 28-ci dəqiqədə “Zirə” bu qola cavab verə bilərdi. Medinanın kobud səhvində sonra Rövlan topu ələ keçirdi, lakin olduqca inamsız zərbə endirdi. Bu hücumun ardından Elvinin asmasından sonra top Renatonu da keçdi, Duran başla zərbə endirdi. Tyaqo topu çıxara bilməsə də, ən yaxın dostu - dirək imkan vermədi. Matç “Qarabağ”ın dominantlığı ilə keçirdi. Lakin 41-ci dəqiqədə “Zirə” hesabı bərabərləşdirə bilərdi. Künc zərbəsindən sonra asmanı Koxalki çıxardı, Volkovun zərbəsi isə qapıya çatmadı.

İkinci hissə də Qurbanovun komandasının üstünlüyü ilə başladı. 55-ci dəqiqədə Elvin cərimə meydançasına daxil olaraq qapı qarşısına ötürmə verdi. Nəzarətsiz qalan Duran çətinliklə də olsa, topu qapıdan keçirməyi bacardı. Bu qoldan sonra oyunda temp xeyli düşdü. 70-ci dəqiqədə “Zirə” vurulan qollardan birinin əvəzini çıxdı. Medinanın kobud səhvini Ceyhun bağışlamadı. Qoldan dərhal sonra “Qarabağ” hücuma atıldı. 71-ci dəqiqənin tamamında Elvinin ötürməsindən sonra Zubir yüzdəyüz qol imkanını qaçırdı. Bir qədər sonra Duran ara ötürməsi ilə Kadini zərbə mövqeyinə çıxardı və hesab 1:3 oldu. Bundan sonra qapılara qol vurulmadı. İnamlı qələbə qazanan “Qarabağ” “Zirə”nin təqibini davam etdirir.

Gözdən qaçmadı
// 44-cü dəqiqədə Rəşad Sadıqov xətti təxminən metryarım tapdalayıb, meydana girdi.
// Oyundan sonra azyaşlı azarkeşlər və valideynləri Rəşad Sadıqovun maşınının yanında onu gözləyirdilər ki, şəkil çəkdirsinlər, sonda istəklərinə nail oldular.

Seçilən
89
1
football-plus.az

2Mənbələr