AZ

"Beşiktaş"ın kapitanı İtaliya nəhənginin hədəfində

İtaliyanın Seriya A təmsilçisi "İnter" transfer bazarında böyük səs-küyə səbəb olacaq bir plan hazırlayıb.

Fanat.Az xəbər verir ki, Milan klubu heyətini gücləndirmək üçün Türkiyə milli komandasının və "Beşiktaş"ın kapitanı Orkun Kökçünü transfer siyahısına daxil edib.

Məlumata görə, "İnter" rəhbərliyi mövsümün sonunda digər bir türk ulduz Hakan Çalhanoğlu ilə yolları ayırmağı planlaşdırır və onun boşalacaq yerini məhz Orkun Kökçü ilə doldurmaq niyyətindədir.

Lakin "Beşiktaş"ın bu transfərə yanaşması fərqlidir. İstanbul klubunun rəhbərliyi hazırkı mərhələdə komandanın əsas fiqurlarından biri olan kapitanlarını satmaq niyyətində deyil.

Bu transfer iddiası yay pəncərəsinin ən maraqlı hadisələrindən birinə çevrilə bilər.

Seçilən
33
1
fanat.az

2Mənbələr