AZ

Delsi Rodriges müdafiə nazirini vəzifədən uzaqlaşdırıb

Venesuelada siyasi gərginlik fonunda Vladimir Padrino Lopes postundan kənarlaşdırılıb...

Poliqon xəbər verir ki, Venesuelada prezident səlahiyyətlərini icra edən Delsi Rodriges ölkənin müdafiə naziri Vladimir Padrino Lopesi vəzifəsindən azad edib.

Padrino Lopes Nikolas Maduronun əsir götürüldüyü dövrdə də müdafiə naziri vəzifəsini icra edirdi və ölkənin təhlükəsizlik sistemində əsas fiqurlardan biri hesab olunurdu.

Rəsmi açıqlamada istefanın səbəbləri ilə bağlı geniş məlumat verilməsə də, bu qərarın Venesuelada mövcud siyasi vəziyyət və hakimiyyət daxilində baş verən dəyişikliklərlə əlaqəli olduğu ehtimal edilir.

Analitiklər qeyd edirlər ki, belə yüksək səviyyəli kadr dəyişikliyi ölkədə güc balansına təsir göstərə bilər və gələcək siyasi proseslərə yeni istiqamət verə bilər.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr