Hittler Fransa bələdiyyə seçkilərində Zelinskini məğlub edib.
İnterpress.az xəbər verir ki, bu barədə Fransanın yerli KİV-ləri məlumat yayıb.
Fransanın Ob departamentində yerləşən Arsi-sür-Ob kommunasında keçirilən bələdiyyə seçkilərinin birinci turu maraqlı soyadların mübarizəsi ilə diqqət çəkib.
Namizəd Şarl Hittler (Charles Hittler) səslərin 37,81%-ni toplayaraq səsvermədə liderlik edib.
Onun əsas rəqiblərindən biri, Antuan Reno-Zelinski (Antoine Renault-Zielinski) isə 29,99% səs toplayaraq üçüncü yerdə qərarlaşıb.
Digər namizəd Anni Suka (Annie Soucat) 32,20% səs yığaraq ikinci olub.
Beləliklə, heç bir namizəd mütləq çoxluq qazana bilmədiyi üçün şəhər merini müəyyən etmək məqsədilə martın 22-də seçkilərin ikinci turu keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az