AZ

Ceyhun Bayramov Ər-Riyada səfər edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Seçilən
62
13
anews.az

10Mənbələr