AZ

Müharibəyə görə iş saatları azaldıldı - Məsafədən təhsil tətbiq edilir

Küveytdə iş yerlərində çalışanların sayı 70 faiz azaldılıb, iş saatları 6 saata endirilib, şagirdlər isə məsafədən təhsil sisteminə keçirilib.

Publika.az “əş-Şarq əl-Avsət” qəzetinə istinadən xəbər verir ki, bu qərar Körfəz regionunda artmaqda olan gərginlik nəticəsində ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində qəbul edilib.

Küveyt Mülki Xidmət İdarəsi Ramazandan sonra dövlət qurumlarında iş rejiminin yalnız 30 faiz əməkdaşla davam etdiriləcəyini açıqlayıb. Eyni zamanda, növbəli və məsafədən iş rejiminin tətbiqi, gündəlik iş saatlarının bir saat azaldılaraq 6 saata endiriləcəyi və növbəti xəbərdarlığa qədər axşam növbəsində işlərin dayandırılacağı elan edilib.

Seçilən
45
5
publika.az

6Mənbələr