AZ

İran dünyanın ən böyük LNG kompleksini yenidən vurdu Yenilənib

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

İran Qətərin Ras-Laffan şəhərində yerləşən dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalı kompleksini (LNG) vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “QatarEnergy” “X” sosial media platformasında məlumat yayıb.

Raket hücumu yanğınlara və xeyli ziyana səbəb olub. Şəxsi heyət təxliyə edilib, xəsarət alan olmayıb.

Qətər Müdafiə Nazirliyi İranın 5 ballistik raket atdığını bəyan edib. 

Qeyd edək ki, Ras-Laffan dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz hasilatı və ixracı mərkəzidir və qlobal tədarükün təxminən 20 faizini təşkil edir.

***

Qətər Müdafiə Nazirliyi bildirib ki, İran Ras-Laffan sənaye bölgəsinə ikinci hücumu həyata keçirib:

“İran tərəfindən atılan ballistik raketlər ölkənin ən vacib maye qaz müəssisələrinin yerləşdiyi Ras-Laffan sənaye bölgəsini hədəf alıb”.

Qətər Daxili İşlər Nazirliyi mülki müdafiə qruplarının yanğına müdaxilə etdiyini və ərazidə vəziyyətin nəzarət altına alındığını açıqlayıb.

Qətərin milli enerji şirkəti olan “Qatar Energy” isə dünənki raket zərbələri nəticəsində yanğın və əhəmiyyətli ziyanın baş verdiyini təsdiqləmişdi. Hazırda hücum nəticəsində yeni zərər və ya itki qeydə alınmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
91
qafqazinfo.az

1Mənbələr