AZ

Qubadada ər arvadını öldürüb intihar etdi

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.

Ölkə.az APA-ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin həyatına son qoyduğu aşkar edilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Seçilən
41
5
olke.az

10Mənbələr