AZ

"ING Group" 2026-2027-ci illərdə Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını verib

Bakı. Trend:

Niderlandın "ING bank qrupu Azərbaycan üzrə 2028-ci ilə qədərÜDM artımı ilə bağlı yenilənmiş proqnozunu açıqlayıb.

Trend xəbər verirki, "ING"nin analitiklərinin qiymətləndirməsinə görə, 2026-cı ildəillik ÜDM artımı 2,5% təşkil edəcək, 2027-ci ildə isə bugöstəricinin 3%-ə qədər sürətlənəcəyi gözlənilir.

Rüblük bölgü üzrə 2026-cı il üçün aşağıdakı göstəricilərproqnozlaşdırılır: birinci rübdə ÜDM artımı 3%, ikinci rübdə 2%,üçüncü rübdə 4%, dördüncü rübdə isə 1% olacaq.

2027-ci ildə dinamika belə olacaq: birinci rübdə artımın 3%,ikinci rübdə 3,5%, üçüncü rübdə 2%, dördüncü rübdə isə 3,5%səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə,2025-ci ildə Azərbaycanda 129,1 milyard manatlıq və ya əvvəlki illəmüqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalmış,qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

ÜDM istehsalının 33,0 faizi sənaye, 11,3 faizi ticarət;nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbartəsərrüfatı, 6,5 faizi tikinti, 5,9 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi vəictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 21,7faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalisvergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olub.

Məqalədə:
Seçilən
114
5
az.trend.az

6Mənbələr