AZ

Bu kəsişmədə ilk dəfə işıqfor quraşdırıldı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni işıqforlar quraşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, işıqforlar bu gün istifadəyə veriləcək.

Paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən “L” və “A” tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.

Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə verilən yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
17
qafqazinfo.az

10Mənbələr