AZ

Messi 900-cü qolunu vurdu

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi karyerasında 900-cu qolunu vurub.

Msport.az xəbər verir ki, 38 yaşlı hücumçu “Neşvill”lə doğma meydanda heç-heçə (1:1) etdikləri KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda fərqlənib.

İlk görüşdə hesab açılmadığı üçün rəqib səfər qolu sayəsində növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami”də çıxış edir.

Seçilən
72
3
msport.az

4Mənbələr