AZ

80 yaşı tamam olan məmurlar və deputatlar - SİYAHI

Azərbaycanda bəzi məmurlarn və deputatların yaşının çox olması hər zaman ictimaiyyətin marağında olan bir mövzudur. Belə ki, hazırda məmurlar və Milli Məclisin VII çağırış deputatları arasında da yaşı 80-ə çatan şəxslər var.

"Unikal" 80 yaşı tamam olan məmurların və deputatların siyahısını təqdim edir:

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə dünyaya gəlib. 2025-ci ilin oktyabrın 24-də onun 80 yaşı tamam olub.

Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM

Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadə də 1945-ci ildə anadan olub. 2025-ci ilin yanvar ayının 7-də onun 80 yaşı tamam olub. 

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA - Unikal.az

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ziyad Səmədzadə parlamentin ən yaşlı üzvüdür. Belə ki, o, 25 iyun 1940-cı il tarixində doğulub. "Ağsaqqal deputat" 2026-cı ildə 86 yaşını qeyd edəcək.

Bir il bundan əvvəl diplomatların maaşı xeyli artıb" - Polad Bülbüloğlu -  Unikal.az

Yaşı 80-ə çatan Milli Məclisin daha bir üzvü isə Polad Bülbüloğludur. 9 fevral 1945-ci il təvəllüdlü Rusiyadakı sabiq səfirimiz 2024-cü ildə Milli Məclisin VII çağırış deputatı seçilib. P.Bülbüloğlu həmçinin Milli Məclisin I çağırış deputatı olub.

qaynarinfo.az

Milli Məclisin bütün çağırışlarında deputat seçilən Eldar İbrahimovun isə 2025-ci ilin mart ayının 12-də 80 yaşı tamam olub. 

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Bu gün 80 yaşını qeyd edən millət vəkili Mixail Zabelin də Milli Məclisin bütün çağırışlarında deputat seçilib. O, 19 mart 1946-cı ildə dünyaya gəlib. M.Zabelin ötən gün Prezidentin İlham Əliyevin Sərəncamına əsasən, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Hazırladı: Murad İbrahimli

Seçilən
70
1
unikal.az

2Mənbələr