AZ

“90 milyardlıq” veto Aİ-ni hərəkətə keçirdi: Orban məhkəməyə verilir

Aİ Orbanın Ukraynaya 90 milyard avroluq yardıma qoyduğu vetoya görə onu məhkəməyə verə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Avropa İttifaqı rəhbərliyi indiyədək Macarıstan hökuməti ilə “böyük qarşıdurmalardan” qaçmağa çalışsa da, bu ehtiyatlı yanaşmanın dəyişə biləcəyi bildirilir. Məlumata görə, rəsmi Budapeştin Ukrayna üçün nəzərdə tutulan 90 milyard avro (təxminən 160 milyard 730 milyon manat) məbləğində kredit paketini bloklaması Brüsseldə ciddi narazılıq doğurub.

Ekspertlər qeyd edirlər ki, Macarıstandakı seçkilərdən sonra Orbanın yenidən vəzifəyə təyin olunacağı təqdirdə, Aİ-nin ona qarşı hüquqi müstəvidə daha sərt addımlar atması, o cümlədən məsələni məhkəməyə daşıması ehtimalı olduqca yüksəkdir. Hazırda ittifaq daxilində Macarıstanın veto hüququndan istifadə edərək mühüm qərarları ləngitməsinə qarşı kollektiv təzyiq mexanizmlərinin işə salınması müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
72
interpress.az

1Mənbələr