AZ

“Araz-Naxçıvan”ın futbolçuları millidə

“Araz-Naxçıvan”ın iki üzvü - Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib.

Qapıçı Avram Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, martın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa biləcək.

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, martın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

Seçilən
52
15
football-plus.az

10Mənbələr