Bakı.Trend:
Mövcud geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərq regionundabaş verən hadisələr, qısa müddətdə investor davranışlarına vədaşınmaz əmlak bazarına psixoloji təsir göstərir. İrandan Dubayayönələn dron hücumları kimi xəbərlər təbii olaraq orada yaşayan vəya əmlakı olan şəxslərdə müəyyən narahatlıq yaradır. Bəziməlumatlara görə, münaqişə səbəbindən Dubaydakı mülklər 30 faizucuzlaşıb.
Baş verən hadisələr Azərbaycanlıların Dubaydakımülklərini satmasına səbəb olacaqmı? Həmçinin Yaxın Şərqdə başverənlər Azərbaycanda əmlak bazarına necə təsirgöstərəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak eksperti Şahin İbadoğluqeyd edib ki, adətən belə hallar adətən daşınmaz əmlakın kütləvisatışına və ya bazardan çıxarılmasına gətirib çıxarmır. Daha çoxqısa müddətli gözləmə mövqeyi və risklərin yenidənqiymətləndirilməsi müşahidə edilir.
“Azərbaycanlıların Dubayda əmlaklarını sataraq ölkəyə kütləviqayıdışı hazırkı mərhələdə real görünmür. Dubay bazarı uzunillərdir sabit investisiya mühiti, yüksək likvidlik və hüquqitəminat baxımından cəlbedici olaraq qalır. Ayrı-ayrı fərdi qərarlaristisna olmaqla, ümumi trendin dəyişməsi üçün daha uzunmüddətli vəsistemli risk faktorları tələb olunur.
Ümumilikdə siyasi proseslər daşınmaz əmlak qiymətlərinə ikiistiqamətdə təsir edir. Birincisi, riskli regionlarda qiymətlərdəmüəyyən sabitləşmə və ya azalma baş verə bilər. İkincisi isə dahastabil və təhlükəsiz hesab olunan ölkələrdə, o cümlədənAzərbaycanda, əmlaka maraq arta bilər ki, bu da qiymətlərin müəyyənqədər yüksəlməsinə səbəb olur. Yəni kapital adətən riskdən qaçaraqdaha təhlükəsiz bazarlara yönəlir”.
Ekspertin fikrincə, Azərbaycana son illərdə xüsusilə regionölkələrindən, Türkiyədən, Rusiya və Yaxın Şərq ölkələrindəninvestisiya marağının artdığını müşahidə edirik. Bakı şəhəri bubaxımdan əsas cəlbedici mərkəz olaraq qalır:
“Qiymətlərin hələ də bir sıra beynəlxalq bazarlarla müqayisədəmünasib olması, coğrafi mövqe və iqtisadi sabitlik bu marağıdəstəkləyən əsas amillərdəndir.
Nəticə etibarilə, mövcud gərginliklər qısamüddətli dalğalanmalaryaratsa da, daşınmaz əmlak bazarında kəskin və kütləvidəyişikliklər üçün hələlik əsaslı zəmin formalaşmayıb”.
Əmlak eksperti Elnur Azadov Trend-ə açıqlamasında deyib ki, Azərbaycandaəmlak qiymətlərinin artması ilə bağlı proqnoz vermir: “Bununbirinci səbəbi odur ki, İran ərazisinə istər İsrailin, istərsə dəAmerikanın quru qoşunlarının yeridilməsi gözlənilmir. Deyərdim ki,bu baş verməyəcək, çünki bu, ciddi şəkildə digər hərbi qüvvələrində prosesə cəlb olunmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə də görürük ki, proseslər yeni başlayır vəgüclü şəkildə yerləşən quru qoşunlarına qarşı hər hansı bir təzyiqmüşahidə olunmur. Təzyiqlər əsasən havadan hücum qüvvələrinəyönəlib”.
Ekspert hesab edir ki, ölkəyə quru qoşunlarının yeridilməsi baştutmayacağı təqdirdə, vətəndaşlar üçün ciddi risklər dəyaranmayacaq.
“Eyni zamanda, hazırkı vəziyyətdə İran vətəndaşlarının ölkənikütləvi şəkildə tərk etməsi ilə bağlı geniş bir tendensiyayoxdur.
Bu səbəbdən Azərbaycanda daşınmaz əmlak qiymətlərinin artımı iləbağlı da proqnoz vermirəm”,-deyə E.Azadov əlavə edib.