AZ

Neymar baş məşqçisiz qaldı

Braziliyanın "Santos" klubu baş məşqçisiz qalıb. 

Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti Xuan Pablo Voyvodanın istefaya göndərildiyini açıqlayıb. 

Klubunun açıqlamasında deyilir: "Baş məşqçi Voyvoda və onun məşqçilər heyətindən ayrıldığımızı elan etmək istərdik. Onlara gələcək karyeralarında uğurlar arzulayırıq". 

"Santos" bu mövsüm Braziliya liqasında uğursuz seriyalar keçirir. Komanda 7 oyunda cəmi 6 xal qazanıb və turnir cədvəlində 16-cı yerdədir. 

Xatırladaq ki, braziliyalı ulduz hücumçu Neymar "Santos"da çıxış edir.

Seçilən
60
1
fanat.az

2Mənbələr