AZ

Neymarın baş məşqçisi istefaya göndərildi

style='margin-bottom:10px;'>

Braziliyanın "Santos" klubu baş məşqçi Xuan Pablo Voyvodanı istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Heyətində ulduz futbolçu Neymarın da yer aldığı komandanın uğursuz çıxışına görə bu qərar verilib.

"Santos" 7 turdan sonra 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, X.P.Voyvoda "Santos"u 2025-ci ilin avqustundan çalışdırırdı. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulmuşdu.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr