AZ

“156” və “166” ailəsində bayram bayrama qarışdı Video

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Ölkənin qabaqcıl loqistika şirkətlərindən olan “156” və “166” Şirkətlər Qrupu xalqımızın milli mənəvi dəyərlərini rəhbər tutaraq Novruz və Ramazan bayramı münasibətilə genişmiqyaslı korporativ sosial tədbir həyata keçirib. 

Şirkət rəhbərliyi tərəfindən Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən 2300 nəfərlik sürücü və texniki heyət üçün xüsusi bayram hədiyyələri hazırlanıb.

Bildirilib ki, “156” və “166” şirkətlər qrupunun qazandığı uğurların və bazar liderliyinin təməlində fədakar işçi qüvvəsi dayanır. Bu addım şirkətin korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi olmaqla yanaşı, işçilərin rifahının yüksəldilməsi və onlara göstərilən diqqətin təzahürüdür.

“156” və “166” şirkətlər qrupunun rəhbəri Aqil Zeynalov çıxışında bildirib: “Bizim üçün Novruz sadəcə təbiətin oyanışı deyil, həm də birlik və bərabərlik rəmzidir. Eyni zamanda Ramazan ayı da paylaşmanın, mərhəmətin və mənəvi dəyərlərin gücləndiyi xüsusi bir dövrdür. Bu gün şirkətlərimizin 2300-dən çox əməkdaşının əməyini yüksək qiymətləndiririk. Şirkətimizin hər bir üzvünün – istər yollarda olan sürücülərimizin, istərsə də ofis heyətimizin bu bayram sevincini və mənəvi ab-havanı hiss etməsi bizim üçün prioritetdir.”

Hədiyyə paylarının paylanılması prosesi şirkətin logistik imkanlarından istifadə edilməklə operativ şəkildə həyata keçirilib və bütün regional nümayəndəlikləri əhatə edib.

“156” və “166” ailəsi bu vəsilə ilə bütün Azərbaycan xalqını Novruz bayramı və Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, süfrələrə ruzi-bərəkət, hər bir evə cansağlığı və firavanlıq arzulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
qafqazinfo.az

1Mənbələr