AZ

XRİTDX nin komandası beynəlxalq kibertəlimdə ilk beşlikdə qərarlaşıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndə heyəti Belarusun Minsk şəhərində keçirilən beynəlxalq “CyberRing” kibertəlimində iştirak edib.

AZƏRTAC Dövlət Xidmətinə istinadla xəbər verir ki, təlimlər Belarus Respublikasının Prezidenti yanında Operativ-Analitik Mərkəzin dəstəyi ilə Milli Trafik Mübadiləsi Mərkəzi tərəfindən təşkil olunub. Üç mərhələdən ibarət yarışda iştirak edən 57 komanda arasında XRİTDX-nin “AzCyberForce” komandası ilk beşlikdə qərarlaşaraq ölkəmizi uğurla təmsil edib.

Kibertəlimlərin nəticələrinə həsr olunmuş tədbirdə XRİTDX-nin şöbə rəisi Fəxri Cəfərov xidmətin fəaliyyəti və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə təqdimatla çıxış edib.

Bu kimi beynəlxalq kibertəlimlər kiberdayanıqlılığın artırılması, təcrübə mübadiləsi və müasir təhdidlərə qarşı effektiv mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
azertag.az

1Mənbələr