Holdinq bu il də Novruz və Ramazan bayramı münasibətilə minlərlə ailəyə bayram sovqatı çatdırıb.Ötən il ərzində çoxsaylı korporativ sosial məsuliyyət və humanitar layihələri həyata keçirən şirkət bu missiyanı növbəti mərhələdə də davam etdirəcək.
“Azərsun Holdinq” hazırda 20 mindən çox insanı daimi işlə təmin edərək ölkədə məşğulluğun artırılmasına mühüm töhfə verir. 35 illik təcrübəyə malik şirkətlər qrupu bu gün də öz fəaliyyətini uğurla davam etdirir.