AZ

İsrailin zərbəyə məruz qalan İran məktəbinin koordinatlarını təqdim etməsi mümkündür ABŞ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və İsrail arasında kəşfiyyat əməkdaşlığı ilə bağlı iddia səsləndirilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru Co Kent jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O qeyd edib ki, ABŞ və İsrail arasında yüksək səviyyəli kəşfiyyat əməkdaşlığı nəzərə alınarsa, İsrailin İranın cənubundakı qızlar məktəbinə endirilən zərbənin koordinatlarını ABŞ-yə təqdim etməsi ehtimalı mövcuddur.

Jurnalistin amerikalıların İsrail tərəfindən verilmiş koordinatlardan istifadə edərək zərbələr endirməsi ilə bağlı sualına Kent müsbət cavab verib.

"Bəli və biz İsraillə o qədər çox kəşfiyyat məlumatı paylaşırıq ki, bu, tamamilə mümkündür", - deyə o bildirib və əlavə edib ki, bu məsələ geniş müzakirə olunmur.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının ilk günündə, 28 fevralda Minab şəhərində yerləşən qızlar məktəbinə hücum edildiyi bildirilir. Hadisə nəticəsində 168 məktəbli qız, həmçinin 14 müəllim və məktəb işçisinin həlak olduğu qeyd olunub.

İran Xarici İşlər Nazirliyi məktəbin ABŞ tərəfindən “Tomahawk” qanadlı raketləri ilə vurulduğunu açıqlayıb. ABŞ isə hadisə ilə bağlı araşdırma aparılması üçün Mərkəzi Komandanlıq zabiti təyin etdiyini bildirib.

Pentaqon rəhbəri Pit Heqset isə ABŞ və İsrailin əməliyyatlarının mülki şəxsləri hədəf almadığını vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
17
redaktor.az

10Mənbələr