AZ

İran müharibəsində yeni mərhələ: Trampın masasında hansı plan var?

ABŞ-ın İran müharibəsində qurudan müdaxilə ssenarisini ön plana çıxarmasını zəruri edən iki səbəb görünür.

Birincisi, hava zərbələrinin tədricən yekunlaşmasıdır: Bu mərhələdə hədəflərə tədricən nail olunduğu İranın hərbi itkiləri fonunda aydın görünür, rejimin süqutu baş verməyib və belə bir vəziyyətdə ABŞ-İsrail ya “qələbə” elanı edərək, geri çəkilməli, ya da müharibəni yeni mərhələyə keçirməlidir.

İkincisi, enerji bazarında yaranmış böhranlı vəziyyətdir: Trampın Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsi məqsədilə koalisiyanın yaradılması çağırışları nəticə vermədi, bunun fonunda İran və Qətərdəki enerji obyektlərinə zərbələrin endirilməsi bazardakı riskləri gücləndirib.

ABŞ Hörmüz boğazında təhlükəsiz keçidi təmin etməklə bazarda stabilliyi bərpa etməli və İranın enerji ixracını bloklamaqla rejimi təslim olmağa məcbur etməli, yaxud ən azından çətin vəziyyətə salmalıdır. Bunun üçün daha öncə gündəmə gələn “Hörmüz boğazına ordunun yeridilməsi” və İranın enerji ixracının əsas mənbəyi olan Xarq adasını nəzarətə götürməlidir. Söhbət İran sahillərinin və adanın ələ keçirilməsindən gedir. “Röyters” agentliyi mənbələrə istinadən müdaxilə qərarı verilməsə də, planın Trampın masasında olduğunu və minlərlə amerikalı əsgərin bölgəyə göndərilməsi üzərində müzakirələrin getdiyini yazır. Üç ssenari gündəmdədir: dəniz və hava qüvvələri ilə Hörmüz boğazında keçidi təmin etmək; İran sahillərinin ələ keçirilməsi; Xarq adasını nəzarətə götürmək.

Seçilən
45
3
publika.az

7Mənbələr