ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İranın 7 ballistik raket və 15 dronu vuraraq qarşısını alıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-dən etibarən ölkə 334 ballistik raket, 15 qanadlı raket və 1714 dron hücumuna məruz qalıb.
Məlumatda qeyd olunur ki, müharibə boyunca gündəlik hücumların sayı tədricən azalmaqdadır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.