AZ

İngiltərə futbolu tarixində Keyn kimisi olmayıb

"Bayern Münhen"in hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı forvard bunu turnirin 1/8 final mərhələsinin "Atalanta"ya qarşı keçirilən cavab oyununda (4:1, ümumi hesab – 10:2) dubl etməklə bacarıb.

Harri qitənin ən nüfuzlu klub turnirində 50 qol həddinə çatan ilk ingiltərəli futbolçu olub.

Keyn 2025/2026 mövsümündə "Bayern" forması ilə bütün turnirlərdə 39 matça çıxaraq 47 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin UEFA-nın bayrağı altında keçirilən turnirlərdə ümumilikdə 50 qol həddini keçən ilk ingiltərəli futbolçu ünvanına da sahib çıxıb.

Toğrul
 

Seçilən
65
1
fanat.az

2Mənbələr