Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.
Publika.az xəbər verir ki, aktrisa bu haqda "Günə uğurla" verilişində deyib. O bildirib ki, bir neçə aydır səhhətində problem yaranıb.
"İki-üç aydır xəstəyəm. Bu haqda danışmaq istəmirdim. İnsanların duasına ehtiyacım var idi. Hər kəsə çox sağ ol deyirəm", - deyə K.Əliyeva əlavə edib.